"Qardaşlarım avtoritarizmə xidmət etsəmi yaxşı olardı?", Arif Hacılı

Video açılmırsa, YouTube-dan izləyin.

Müsahibənin birinci hissəsini buradan izləyə bilərsiniz.

Səadət Akifqızının Sual vaxtı YouTube proqramının qonağı Müsavat partiyasının başqanı Arif Hacılıdır. O, Müsavat partiyasında başqan seçkilərindən, qohumlarının partiyada vəzifə tutması ittihamlarından, Müsavat partiyasının mitinq keçirmək qərarından, AXCP ilə birgə mitinq keçirilməsi imkanlarından danışıb.

Arif Hacılı müsahibəsində keçmiş müavini Elman Fəttahın ona tapşırılan ictimaiyyətlə əlaqələr işinin öhdəsindən gəlmədiyini bildirib.

Elman Fəttah ünvanına deyilən bu iradla razılaşmayıb. O, BBC News Azərbaycancaya bildirib ki, Müsavat partiyasının başqan müavini olduğu 3 il ərzində Arif Hacılıdan fəaliyyəti ilə bağlı "ancaq təqdir" eşidib: "İstefa ərizəmi rəsmi təqdim etdikdən sonra belə geri götürməyimi israrla xahiş edib. Bu israrını da mənim işimin öhdəsindən yaxşı gəldiyimə xüsusi vurğu qoymaqla əsaslandırıb".

Elman Fəttah deyib ki, müavin olduğu müddətdə partiyanın ictimai nüfuzunun qayğısına qalıb: "Hətta bəzən elə olurdu ki, partiyanın nüfuzunu , məhz partiya başqanının yöndəmsiz açıqlamalarından necə qorumaq haqda baş sındırmalı, əmək sərf etməli olurduq", o əlavə edib.

Image caption Arif Hacılı

Bu barədə daha geniş