İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib

İsrail bayrağı səfirliyi Fotonun müəllifi Artur Widak/NurPhoto via Getty Images

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib.

Ötən həftə İsrailin Xarici İşlər Nazirliyi bildirmişdi ki, ölkənin Maliyyə Nazirliyinin xaricdəki nümayəndəliklərlə bağlı verdiyi qərarından sonra "xaricdəki bütün diplomatik nümayəndəlikləri bağlamağa məcburdur".

Səfirliyin mətbuat xidmətinin rəhbəri Sahilə Mustafayeva BBC News Azərbaycancaya deyib ki, hələ ki, məsələ ilə bağlı danışıqlar gedir, amma səfirliklər öz fəaliyyətlərini bərpa ediblər.

"Ötən cümədən bəri səfirlik çalışır", o bildirib.

İİnterfax agentliyi bildirmişdi ki, İsrailin Moskva, Kiyev və Parisdəki səfirliyi, Torontodakı konsulluğu da fəaliyyətlərini müvəqqəti dayandırdıqları haqqında məlumat yaymışdı.

İsrailin Xarici İşlər Nazirliyi öz məlumatında "məsələnin tezliklə həllinə ümid etdiyini" bildirmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş