Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri oldu

Samir Rafiq oğlu Nuriyev Fotonun müəllifi arxkom.gov.az
Image caption Samir Nuriyev

Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Uzun illər bu vəzifədə olmuş Ramiz Mehdiyev oktyabrın 23-də İlham Əliyevin əmri ilə azad edilib. O, Elmlər Akademiyasının prezidenti təyin olunub.

Samir Nuriyev kimdir?

Samir Nuriyev 1975-ci ildə Bakıda anadan olub.

1991-96-cı illərdə Azərbaycan Texniki Universitetində oxuyub, mühəndis-iqtisadçı ixtisasına yiyələnib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirib və Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini alıb.

Samir Nuriyev 2016-cı ildə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

2018-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləyib.

Bu barədə daha geniş