Azərbaycanda müxalifət birləşməyi təklif edir

Dəyirmi masada toplaşmış müxalifət liderləri və ictimaiyyət nümayəndələri Fotonun müəllifi Ramin Deko

Azərbaycanda bəzi müxalifət liderləri və ictimaiyyət nümayəndələri hesab edirlər ki, müxalifəti təmsil edən qüvvələr birləşməli, "hakimiyyətə qarşı birgə mübarizə" aparmalıdırlar.

Çərçənbə axşamı Müsavat partiyasında dəyirmi masa keçirən bir qrup siyasətçi və ictimaiyyət nümayəndəsi söz azadlığından və azad seçkilərin önəmindən danışıb.

Dəyirmi masaya toplaşanlar tədbirin jurnalistlərə açıq hissəsində çıxış ediblər.

Onlar nə deyib?

Keçmiş səhiyyə naziri Əli İnsanov deyib ki, mübarizənin lideri Azərbaycan xalqıdır.

O, söz və ifadə azadlığınının önəmini vurğulayıb və erkən prezident və parlament sekçilərini tələb etməkdən danışıb.

"Razı olmasalar, prezidentin istefasını tələb etməyi təklid edirəm", o deyib.

Əli İnsanov hökumətin "yeni cəza dəstələri yaratdığını" iddia edib və əlavə edib: "Biz ölkədə hökm sürən ədalətsizliyi ədalətlə aradan qaldıracağıq. Axıra qədər mübarizəmizi davam edəcəyik", o deyib.

"Dəyişiklik istəyənlər..."

AXCP lideri Əli Kərimli "ölkədə köklü siyasi dəyişikliyin vaxtıdır" deyib.

O, 19 yanvar və 19 oktyabr mitinqlərindən sonra ölkədə "yeni siyasi situasiya"nın yarandığını deyib.

"Həm razılaşdırlmış, həm də razılaşdırılmamış mitinqlərə qatırlanların sayı çoxalır", deyən cənab Kərimli oktyabrın 19-da baş tutan mitinqdən sonra hökumətin kadr islahatları apardığını deyib.

"Qocalmış korrupsionerləri yeni nəsillə, onların qoyhumları ilə əvəz edirlər, bu, islahat deyil", o bildirib.

Əli Kərimli mitinqlərin sosial bazasının genişləndirilməsindən danışaraq, "dəyərləri, prinsipləri eyni olanlar birləşməlidir" deyib.

O qeyd edib ki, ölkədə dəyişiklik istəyənlərlə əməkdaşlıq edilməlidir.

"Müxalifətdaxili mübarizə pisələnməlidir, müxalifətə müxalifətçilik fenomeni qınanılmalıdır", o bildirib.

Əli Kərimli keçmişi, siyasi qüvvələri ayıran məqamlardan yox, birləşdirici mövhumlardan danışmağı təklif edib.

Fotonun müəllifi Ramin Deko

Niyyət protokolu

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin fikrincə, "xalqın istəyinin gerçəkləşməsi" üçün çarə tapılmalıdır.

O, demokratik düşərgənin toplanıb, düzgün və birgə qərar verməli olduğunu deyib.

"Əgər tərəflər istəsələr, funksional əməkdaşılıq barədə niyyət protokolu bəyan edilə bilər", o deyib.

Onun fikrincə, müzakirələr vaxtı əsas hədəflə, yəni, hakimiyyətin dəyişdirilməsilə bağlı funksional əməkdaşlığa başlanıla bilər. O, qeyd edib ki, razılığa gəlinməyən nüanslar olarsa, heç kim heç kimi "vətən xaini çıxartmamalıdır".

Turan İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, Azərbaycanda söz azadlığı bərqərar olmalıdır.

O deyib ki, tədbirə jurnalist kimi qoşulub və baş verən proseslərdə hamı iştirak etməlidir.

Azad seçki

Mehman Əliyev bildirib ki, heç kim "mən məmuram, jurnalistəm, polisəm" deyərək proseslərdən kənarda qala bilməz.

"Bunlar yalan qeydlərdir. Biz demokratik cəmiyyətdə yaşasaydıq hamı öz işilə məşğul olacaqdı. Biz gündəmi dəyişməliyik".

Mehman Əliyev görüşdə Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsilə bağlı sənədin qəbul edildiyini bildirib.

Siyasi şərhçi Hikmət Hacızadə müzakirələr zamanı 4 bəyanatın verilməsini təklif edib. Bəyanatların hakimiyyətə, xalqa, demokratlara və Qərbə ünvanlanması nəzərdə tutulur.

Sabiq Baş nazir Pənah Hüseyn dəyirmi masanı "19 yanvar və 19 oktyabr mitinqlərindən sonra ilin 3-cü mühüm hadisəsi" adlandırıb.

O, bu müzakirənin cəmiyyətə müsbət təsiri olacağını deyib.

O hesab edir ki, cəmiyyətin, insanların siyasi fəallığının artması kütləviləşməlidir.

"Bu məsələlərin aradan qaldırılmasını istəyən bütün şəxslərin və siyasi qüvvələrin bir araya gəlməsinə nail olmaq lazımdır", o deyib.

Pənah Hüseyn həm də daha geniş tərkibdə, daha böyük tədbirin keçirilməsini təklif edib.

Bu barədə daha geniş