İranda baş verən 6 ballıq zəlzələ Azərbaycanda da hiss olunub

İranda zəlzələ Fotonun müəllifi FARS NEWS

İranda baş verən 6 bal gücündə zəlzələ Azərbaycanın sərhəd bölgələrində də hiss olunub.

İranda azı 4 nəfər ölüb.

Zəlzələ cümə axşamı gecə İranın Türkmənçay şəhərinin Verənkəş kəndində 2 kilometr dərinlikdə baş verib.

BBC farsca xidməti məlumat verir ki, ölənlər və dağıntılar var.

Azərbaycanın Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin ölkənin Lerik, Yardımlı, Astara, Lənkəran, Masallı rayonlarında və Xəzər dənizində də hiss olunduğunu bildirib.

Mərkəz bildirib ki, İrandakı zəlzələ 6 bal, Lerikdə 3, Xəzər dənizində isə 3.6 bal gücündə olub.

Astara, Lənkəran və Lerik rayon icra hakimiyyətlərindən BBC News Azərbaycancaya bu ərazilərdə zəlzələnin zəif hiss olunduğu, xəsarət alanların və dağıntıların qeydə alınmadığı bildirilib.

IRNA News bildirir ki, xilasedici qüvvələr zəlzələ ərazisinə yollanıblar, hələlik dəymiş zərərin miqyası bilinmir.

Qaz borusunda iki partlayışın olduğu da deyilir, ISNA qeyd edir.

Fotonun müəllifi FARS NEWS

Bu barədə daha geniş