Dumana görə Gəncədə enmiş AZAL-ın New York-Bakı təyyarəsi Bakıya çatıb

AZAL Fotonun müəllifi BBC ( Fotoarxiv)

Dumana görə Gəncəyə enmək məcburiyyətində qalan New York-Bakı təyarəsi səhər saatlarında Bakıya çatıb.

AZAL-ın Boeing 787 Dreamliner sərnişin təyyarəsi bazar günü noyabrın 10-da Bakı vaxtı ilə saat 10:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.

Bu barədə BBC News Azərbaycancaya AZAL-ın mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən yubanmaya Bakının hava limanı üzərində əlverişsiz hava şəraiti (güclü duman) olmuşdur.

Nəticədə, AZAL-ın New York-Bakı birbaşa reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlmişdir.

Boeing 787 Dreamliner təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş etmişdir.

"Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilmiş, yemək və içkilərlə təmin olunmuşdurlar. Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçmuşdur", - AZAL-ın məlumatınqa qeyd olunub.

AZAL-dan bildirildiyinə görə, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olmuşdur.

"Lakin hal-hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir", - məlumatda qeyd olunub

Bu barədə daha geniş