Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib

Konstitusiya Məhkəməsi parlamentin buraxılmasını Konstitusiya uyğun hesab edib Fotonun müəllifi AZERTAG
Image caption Konstitusiya Məhkəməsi parlamentin buraxılmasını Konstitusiya uyğun hesab edib

Konstitusiya Məhkəməsi parlamentin buraxılmasını Konstitusiyaya uyğun hesab edib.

Bu qərar çərşənbə günü Konstitusiya Məhkəməsinin doqquz hakimdən ibarət plenumunun Prezidentin Milli Məclisin buraxılması haqqında sorğusuna baxılmasına dair iclasında verilib.

Məhkəmənin qərarına görə, Milli Məclisdə yeni çağrış fəaliyyətə başlayanadək hazırkı parlamentin beynəlxalq təşkilatlarda təmsilçilik səlahiyyətləri saxlanılır.

Konstitusiya Məhkəməsinin iclasında məhkəmə sədri Fərhad Abdullayev qərarı oxuyub və deyib ki, qərar qəbul edildiyi andan qüvvəyə minir və heç bir qurum tərəfindən dəyişdirilə bilməz.

Prezident İlham Əliyev dekabrın 2-də deputatların parlamentin buraxılması üçün ona müraciətinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi.

Sorğuda Prezident Əliyev Milli Məclisin parlamenti buraxmaq qərarı ilə bağlı son qərarı vermək üçün "hazırkı şərtlərdə Milli Məclisin buraxılmasının" Azərbaycan Respublikası Konstitusiyasına uyğun olub-olmadığını bilmək istədiyini deyib.

Prezident bildirib ki, parlamentin buraxılmasının Konstitusiyaya uyğun olub-olmayacağı barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "mövqeyinin öyrənilməsi zərurəti yaranıb".

Cənab Əliyev məhkəmədən bu barədə qərar qəbul etməyi xahiş edib.

Bundan əvvəl Milli Məclis parlamentin buraxılması üçün prezidentə müraciət edib.

Ötən həftə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) üzvləri parlamentin buraxılması üçün təşəbbüs irəli sürüb.

Bazar ertəsi Milli Məclis üzvləri növbədənkənar iclasa toplaşaraq YAP-ın təklifini müzakirə edib və onu dəstəkləyib.

Bu barədə daha geniş