Fövqəladə Hallar Nazirliyi niyə Eurohome-da yanğını vaxtında söndürməyib? FHN rəsmisi cavab verir

  • İlkin Həsənov, Aygül Mehman
  • BBC Azərbaycanca, Bakı

Video açılmırsa, buradan izləyin.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev "EuroHome" tikinti malları bazarında baş verən yanğınla bağlı BBC News Azərbaycancanın suallarını cavablandırıb.

O, ticarət mərkəzində yanğın təhlükəsizlik qaydalarına əməl olunmamasından, bazar rəhbərliyinin nazirliyin yanğın təhlükəsizliyi barədə xəbərdarlıqlarına məhəl qoymamasından, FHN-nin sabhibkarları yoxlaması ixtiyarının olmamasından danışıb.

Onunla müsahibəni Bakıda Ilkin Həsənov aparıb.

Şəklin alt yazısı,

"Azərbaycanda iri ticarət-əyləncə yerlərinin 80%-də yanğından mühafizə acınacaqlı vəziyyətdədir", FHN-nin şöbə rəisi Elnur Babayev