Son 10 ildə nə dəyişib?

Video açılmasa, YouTube-da izləyin.

Siyasətdən idmana və əyləncəyə qədər dəyişənlər: bu, son onilliyin sürprizləridir.

Yadınızdadır? Bəli, Angry Bird oyunu 2010-cu ildə meydana çıxdı.

Bu oyunun yayılmasında ötən onillikdə ortaya çıxan və geniş istifadə olunan planşetlərin də rolu olub.

Ötən on il zənginlərin daha da zənginləşməsi baxımından möhtəşəm onillik olub.

Amazon-un rəhbəri Jeff Bezos dünyanın ən zəngin insanı oldu.

Təqribən 131 milyard dolların sahibi Bill Gates-i arxada qoyub.

2010-cu ildə dünyada 13 883 milyonçu var idi.

Hazırda isə 46 milyondan çox milyonçu var və onlar qlobal sərvətin 44 faizinə nəzarət edir.

İnstagram 2010-cu ildə yaradıldı və hamı orada olmaq istədi.

Lakin indiyədək platformanın ən çox "bəyənilən" postu əqli sağlamlığın vacibliyini göstərən yumurta təsviri olub.

On il əvvəl ərəb dünyasında insanlar küçələrə çıxdı.

2010-cu ilin dekabr ayında səyyar ticarətlə məşğul olan gəncin özünü yandırması Ərəb Baharı kimi tanınan silsilə etirazlara təkan verdi.

Arası kəsilməyən etirazlar nəticəsində Tunisdə Ben Əli, Liviyada Qəddafi və Əlcəzairdə Buteflika hakimiyyətdən getdi.

Bundan on il keçsə də, bölgədə təlatümlər davam etməkdədir.

2010-cu ildə Aung San Suu Kyi ev həbsindən azad olundu.

10 il ərzində Myanma lideri Nobel laureatından soyqırım ittihamlarından ordunu müdafiə edənə çevrildi.

Onilliyin əvvəlində FİFA Dünya Kuboku, nəhayət Afrikaya gəldi.

Lakin 2018-ci ildə Afrika komandaları qrup mərhələsini keçə bilmədi.

Pakistanda Şri-Lanka kriketçilərinə ölümcül hücumdan sonra ilk dəfə olaraq Beynəlxalq Sınaq kriketi oyunu yenidən bu ölkədə keçirildi.

Şahzadə William və Kate nişanlandı və həqiqətən başları qarışdı.

Image caption Etirazlar nəticəsində Tunisdə Ben Əli, Liviyada Qəddafi və Əlcəzairdə Buteflika hakimiyyətdən getdi.

Bu barədə daha geniş