"Suyu çəkdirib, yerinə torpaq tökdürürük. Nə vaxta kimi?" Ramanalılar narazılıq edir

  • Aygül Mehman & Günel Səfərova
  • BBC News Azərbaycanca

Video açılmasa burada izləyin

Asfalt yol, kanalizasiya, ictimai nəqliyyat və bir də futbol meydançası - bunlar Bakıətrafı qədim qəsəbələrdən olan Ramananın sakinlərinin həm problemləri, həm də arzularıdır.

Ramana Bakı ətrafındakı qəsəbələrin və regionun ən qədim yaşayış məskənlərindəndir.

Təxminən 28 kvadrat kilometr ərazidə yerləşmiş qəsəbənin 13 minə yaxın sakini var. Ərazidə Şuşadan olan məcburi köçkünlərin bir qismi də məskunlaşıb.

Şəklin alt yazısı,

Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayış evlərinin arasından keçən yol