İlham Əliyev Münhendə səfərdədir

İlham Əliyev və Peter Maurer Fotonun müəllifi President.az
Image caption Konfrans çərçəvəsində İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb

Azərbaycanın dövlət bacısı fevralın 14-də başlayan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada iştirak edib.

Almaniyada səfərdə olan prezident İlham Əliyevin beynəlxalq, siyasi və iqtisadi dairələrin nümayəndələri ilə görüşlər keçirdiyi xəbər verilir.

Onun Küveyt hökumətinin başçısı və Qırmızı Xaç Komitəsinin rəhbəri ilə görüşdüyü qeyd olunur.

Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün aparıcı qlobal forumlarından biridir.

Forumdan əvvəl yayılan Təhlükəsizlik hesabatı "Qərbsizlik" adlandırılan fenomeni ortaya çıxarır. Sənəddə deyilir ki, qlobal təhlükəsizlik baxımından Qərbin rolu ilə bağlı artan qeyri-müəyyənlik narahatlığa səbəb olur.

Bu il tədbir fevralın 14-dən 16-dək davam edəcək. Konfransa 500-dən artıq siyasət, biznes, elm və vətəndaş cəmiyyətinin liderləri qatılıb.

Bu barədə daha geniş