"Neytral ərazidə” tapılan Azərbaycan əsgərinin cəsədi dəfn olunub

Məzar Fotonun müəllifi APA

Azərbaycan ordusunun itkin düşən hərbçisinin "neytral ərazidən tapılan" cəsədi dəfn olunub.

Akif Abbasovun nəşi doğulduğu Ağcabədi rayonuna gətirilib, xəbər agentlikləri bildirir. Burada keçirilən yas mərasimindən sonra, əsgərin cəsədi dəfn olunub.

Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin cəsədi 19 fevralda ərazidən götürülüb, əməliyyatda neytral vasitəçi olmuş Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) sözçüsü İlahə Hüseynova BBC News Azərbaycancaya bildirib.

Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb ki, Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinə dövlət sərhədi yaxınlığında naməlum şəraitdə itkin düşmüş Azərbaycan əsgərinin axtarışı ilə bağlı işlər aparmağa imkan yaradıb.

Xəbərdə bildirilib ki, əsgərin cəsədi Azərbaycan tərəfinin mövqeləri yaxınlığında tapılıb.

Bu barədə daha geniş