"Sədərək" ticarət mərkəzində yanğın - müxbirimizin reportajı

Video açılmırsa, burada izləyin.

Bakıda yerləşən "Sədərək" Ticarət Mərkəzində malları və dükanları yanmış sahibkarlar və satıcılar onlara müxtəlif məbləğlərdə zərər dəydiyini bildiriblər.

1000 kvadrat metrlik ərazini əhatə edən yanğın bu gün səhər saatlarında baş verib.

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Əkbər Novruzov bildirib ki, yanğınsöndürənlər alovu 1 saat ərzində söndürə biliblər. Yanğını söndürmək üçün havaya helikopter də qaldırılıb.

Hadisə nəticəsində hadisə yerində 9 nəfərə ambulator tibbi yardım göstərilib. Başından travma aldığı bildirilən bir nəfər isə 1 saylı Kliniki tibbi Mərkəzə aparılıb, daha sonra evə buraxılıb, TƏBİB-in sözçüsü Rəvanə Əliyeva deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş