Azərbaycanda koronavirus narahatlığı: "Virus epidemiyası qalxsa, Azərbaycan hazır deyil"

Video açılmırsa, YouTube-dan izləyin.

Bakıda bir çox aptekdə tibbi maska tapılmır. Son günlər Azərbaycanla qonşu İranda koronavirusa yoluxma halı qeydə alındığı üçün, Azərbaycanda da bu xəstəliklə bağlı narahatlıqlar yaranıb.

Bunun nəticəsi olaraq apteklərdə tibbi maskalarla bağlı problem yaranıb. Bu vəziyyətdən sakinlər də şikayətçidir.

Bəziləri tibbi maskaların yoxluğundan, bəziləri isə qiymət artımından danışır.

Əczaçılar isə tibbi maskaların tükənib və yenidən sifariş edildiyini deyir.

Bir neçə müddətdir ki, Çində yayılmağa başlayan koronavirus artıq 25-dən çox ölkədə də aşkarlanıb.

İranda bu xəstəlikdən 10-dan çox adamın öldüyü bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı da, Azərbaycan Səhiyyə Nazirliyi də hazırda Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınmadığını bildirir.

Bu barədə daha geniş