Azərbaycanın Eurovision 2020 mahnısı - Cleopatra

Videonun alt yazısı,

Azərbaycanın Eurovision 2020 mahnısı - Cleopatra. İctimai TV və Eurovision Song Contest YouTube kanalı

Azərbaycanı Eurovision 2020 beynəlxalq mahnı müsabiqəsində təmsil edən Samira Əfəndi Cleopatra (Kleopatra) mahnısı ilə çıxış edəcək.

Mahnının müəllifləri niderlandlı Alan Roy Scott, Sarah Lake və Luuk van Beers-dir.

Mahnının klipi Eurovision tarixində ilk dəfə olaraq, Azərbaycanda, Qobustan Tarixi Qoruğunda çəkilib, təşkilatçılar bildirir.

Klipin quruluşçu rejissoru və operatoru Alex Lamakh, prodüseri İsa Məlikovdur.

İctimai Televiziya və Radio Yayımları Şirkətinə əsasən, müasir və ənənəvi motivləri "ahəngdar şəkildə" bir araya gətirən mahnı "Kleopatranın timsalında insanlara olduqları kimi qalmağı, ruh yüksəkliyini və özləri ilə fəxr etməyi bacarmağı aşılayır".

Niderlandın Rotterdam şəhərində keçiriləcək "Eurovision-2020" mahnı müsabiqəsinin finalı mayın 16-a təyin olunub. Samira mayın 12-də Birinci Yarımfinalın ikinci yarısında çıxış edəcək.

Şəklin mənbəyi, Ictimai TV/eurovision.tv

Samira Əfəndi kimdir?

28 yaşlı Samira Əfəndi Yeni ulduz, Böyük Səhnə (3-cü yer) və Azərbaycanın Səsi (3-cü yer) kimi populyar musiqi proqramlarında yarışıb.

O, 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstanda keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.

Azərbaycan Mahnı Müsabiqəsində 12 dəfə iştirak edib.

Onun ilk, debüt çıxışı 2008-ci ildə baş tutub. 2011-ci ildə Ell və Nikki dueti yarışmanın qalibi olub.