Azərbaycanda koronavirus: İri ticarət mərkəzləri və "moll"arın fəaliyyəti dayandırılır

kafelərin boş masalarını Fotonun müəllifi Anadolu Agency via Getty Images

Azərbaycanda 23 mart saat 00:00-dan etibarən iri ticarət mərkəzləri və "moll"arın fəaliyyəti bir ay müddətinə dayandırılır.

Bu qərar onların nəzdindəki ərzaq mağazaları və apteklərə aid deyil, Nazirlər Kabineti yanında Operativ Qərargahı bildirib.

Martın 22-dən etibarən bütün kafe, çayxana və internet klubları kimi ictimai-iaşə obyektlərinin iş müddəti səhər saat 09.00-dan 15.00-dək müəyyən edilib. Onlayn sifarişlər üçün daha mülayim cədvəl tətbiq olunur.

“İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər”.

Şənbə günü elan olunan qərar koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində atılan növbəti addımlardan biridir.

Məqsəd vətəndaşlarının təmasını minimuma endirməkdir.

Azərbaycan hökuməti martın 14-də koronavirusla bağlı ölkə boyunca "sosial izolyasiya" tədbirləri elan edib, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib.

Dəfn mərasimləri istisna olmaqla, qapalı məkanlarda keçirilən yas yığıncaqlarına qadağa qoyulub.

Aptek, ərzaq mağazaları, market və supermarketlərin fəaliyyətində dəyişiklik nəzərdə tutulmayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş