Azərbaycanda tətil müddəti uzadıldı, amma hamı üçün yox

baku Fotonun müəllifi Getty Images

Azərbaycanda tətil günlərinin vaxtı uzadılıb.

Beşgünlük iş rejimində çalışanlar 29 mart - 3 aprel, altıgünlük iş rejimində çalışanlar isə 26-28 mart və 30 mart- 4 aprel tarixlərində tətildə olacaqlar.

Nazirlər Kabineti bildirb ki, bu, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə edilir.

Bu qərar dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, eləcə də banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və dövlət qurumlarının rəhbər şəxslərinə və zəruri halda çalışan işçilərə şamil edilmir.

Bununla əlaqədar olaraq onlara əməkhaqları saxlanılmaqla, əlavə məbləğ ödənə və ya öz istəkləri ilə başqa istirahət günü verilə bilər.

Bundan əvvəl bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib. Onların əməkhaqları tam şəkildə ödəniləcək.

Həmçinin martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. İlk dərs günü 20 apreldir.

Əlaqəli mövzular

Bu barədə daha geniş