"Zibillik" adlandırılan Balaxanı necə gözəlləşdi?

  • Aygül Mehman & Günel Səfərova
  • BBC News Azərbaycanca

Video açılmırsa, YouTube-dan izləyin.

Əsasən neft buruqlarının ağuşunda olan Bakının qədim qəsəbəsi olan Balaxanıda bir müddətdir ki, abadlıq işləri gedir.

Qəsəbə sakinləri abadlıqdan məmnun olsa lar da işsizlik problemlərindən şikayətçidir.

Balaxanıda abadlıq işlərini Bakı Abadlıq Xidməti aparır.

Sakinlər və işçilərin sözlərinə görə 1 il əvvəl burada abadlıq işləri başlayandan bəri bir neçə ailə iş yeri qazanıb.