"Çox istərdik ki, 20 Yanvarı yaradanlar da cavabını alsın, şəhidlər unudulmasın!"

  • Günel Səfərova
  • BBC News Azərbaycanca

Video açılmırsa, YouTube-dan izləyin

Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümündə həm də İkinci Qarabağ Müharibəsində həlak olanları yad ediblər.

İkinci Fəxri Xiyabana həm Birinci, həm də İkinci Qarabağ müharibəsində həlak olanların yaxınları, döyüş yoldaşları, hər iki müharibənin iştirakçıları və sıravi vətəndaşlar gəlib.

1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə on minlərlə Sovet əsgəri müstəqillik tələb edən Bakıya hücum edib və mülki əhaliyə atəş açıb.

Onların dəfn edildiyi Bakıdakı Şəhidlər Xiyabanını da hər il olduğu kimi ziyarət edənlər olub.

Şəhid məzarlarını ziyarət edənlər 20 yanvar hadisələrinin unudulmamasını istəyirlər.Azərbaycanlılar 20 Yanvar faciəsinin 31-ci ildönümündə həm də İkinci Qarabağ Müharibəsində həlak olanları yad ediblər.