Xırdalanda partlayış: "Guppultu hərəmizi bir yerə saldı". Zərərçəkmişlər harada qalacaqlarını bilmir

  • Günel Səfərova
  • BBC News Azərbaycanca

Video açılmasa Youtube-dan izləyin.

Xırdalan şəhərində partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları arasında axtarış-xilasetmə əməliyyatı bu gün başa çatıb.

Fövqəladə Hallar Nazirliyi cəsədi tapılan 2012-ci il təvəllüdlü qızın qalıqlar altında axtarılan sonuncu şəxs olduğu bildirir.

Bundan əvvəl dağıntıların altından 6 nəfər xilas edilib. Bir nəfərin cəsədi aşkar edilib.

Hadisə bazar ertəsi günü Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi, 27-ci məhəllədə baş verib.

Həlak olanlar ana və övladıdır.

Baş Prokurorluq baş vermiş partlayışın səbəbinin "evdə qaz sızması" olduğunu bildirib.

Qurum açıqlayıb ki, hadisə ilə bağlı cinayət işi açılıb.