Şurnux kəndinin sakini: "Evə gələndə ağlayıram, nəyə baxacağam?"

Video açılmasa Youtube-dan izləyin.

BBC Rus Xidmətinin müxbirləri Azərbaycanla Ermənistan sərhədindəki Şurnux kəndinə baş çəkiblər.

Onların görüşdüyü etnik ermənilər kəndin güzəranı, müharibədən sonra dəyişən vəziyyət barədə danışıblar. Materialı Olqa İvşina, Olqa Prosvirova, İlya Barabanov və Marina Katayeva hazırlayıblar. Çəkilişi Maks Lomakin və Yevgeni Juravlev aparıblar. Filmin prodüser Katerina Xinkulovadır.

Ötən ilki müharibədən sonra Şurnux kəndi ikiyə bölünüb.

Kəndi bölən yol Azərbaycanla Ermənistan arasında yeni sərhəddir.

Bölgə boyu ən azı 65 min erməni məcburi köçkün olub.

Şurnux kəndində bir çox sakin öz evini tərk etməli olub.

Armen ailəsi ilə birlikdə bir daxmaya köçüb.