Sərt karantin rejimi olsunmu? Bakıda sorğumuzu belə cavablandırdılar

Video açılmırsa, YouTube-dan izləyin.

Azərbaycanda son günlər koronavirusa yoluxma halları artsa da, Nazirlər Kabineti sərt karantin tədbirləri tətbiq etmədi. Yalnız bayram günləri və həftəsonları ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bəzi Bakı sakinləri BBC News Azərbaycancaya deyiblər ki, hər hansı sərt karantin tədbirlərinin, təcridin tərəfdarı deyillər və bunu effektiv saymırlar.

Amma bəzilərinin də fikrincə, yoluxmanın yenidən kütləviləşməsinin qarşısını almaq üçün məhdudlaşdırıcı addımlar atılmalıdır.

BBC News Azərbaycancanın sorğusunu cavablandıran sakinlərdən biri deyib ki, o, yaxınını itirib və onun fikrincə, insanlar virusa səhlənkar yanaşır və ona görə də sərt karantin olmalıdır.