Füzuli Hava Limanına ilk dəfə sərnişin və yük təyyarələri eniş edib

Video açılmırsa, YouTube-dan izləyin.

Bu gün Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan AZAL-ın "Qarabağ" adlı ən böyük Airbus A340-500 tipli sərnişin təyyarəsi sınaq reysi keçirərək Füzuli aeroportunda eniş edib.

Bakıdan sınaq təyyarəsilə Füzuliyə uçanlar arasında olan BBC News Azərbaycancanın müxbiri Cəmilə İbrahimova deyir ki, uçuşumuz təxminən 30-35 dəqiqə çəkib.

"Füzuli aeroportunda tikinti işləri hələ davam edir", - müxbirimiz qeyd edib.

Azərbaycanın Silk Way aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan Boeing 747-400 tipli təyyarədə də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Füzuli aeroportunun tikilməsi layihəsində digər beynəlxalq hava limanlarında təcrübəsi olan mütəxəssislər iştirak edib, müxbirimizə belə deyilib.

Layihə üçün Türkiyə, Çin, İtaliya, İspaniya, Rusiya, ABŞ, Almaniyadan, Finlandiyadan beynəlxalq standartlara uyğun tikinti və aeroport avadanlıqları gətirildiyi deyilir.

AZAL-dan bildirildiyinə görə, Füzuli Beynəlxalq Hava Limanının istismara verilən uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metrdir.

Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq müvafiq avadanlıqlarla təchiz olunub.

"Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir", - AZAL-ın məlumatında deyilib.

"Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur", - AZAL qeyd edib.

Layihənin sentyabrın sonunadək yekunlasacağı gözlənilir.

AZAL-ın məlumatında həmçinin Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisinin davam etdirildiyi qeyd olunub.

Müxbirimiz Füzuli aeroportundan fotoşəkillər göndərib.

Şəklin mənbəyi, BBC News Azərbaycanca

Şəklin mənbəyi, BBC News Azərbaycanca

Şəklin mənbəyi, BBC News Azərbaycanca

Şəklin mənbəyi, BBC News Azərbaycanca

Şəklin mənbəyi, BBC News Azərbaycanca

Şəklin mənbəyi, BBC News Azərbaycanca

Şəklin mənbəyi, BBC News Azərbaycanca

Şəklin mənbəyi, BBC News Azərbaycanca