Azərbaycan jurnalistlərinə pulsuz mənzillər

Bakı

Azərbaycan hökuməti jurnalistləri pulsuz mənzillərlə təmin edəcək. Bu plan əsasən paytaxt Bakıda yaşayan jurnalistlər üçün nəzərdə tutulub.

İnsan haqları müdafiəçiləri daxil olmaqla tənqidçilər bunu media üzərində dövlət nəzarətinin sərtləşdirilməsi üçün növbəti taktika kimi dəyərləndirirlər.

Onların sözlərinə görə, bu, mətbuat azadlığına və jurnalistlərin hakimiyyəti tənqidinə hədə təşkil edən bir "rüşvətdir".

Hökumət sözçüsü ev proqramının sosial müdafiə yönlü olduğunu deyib.

Jurnalistlər istədiklərini yazmaqda sərbəstdirlər, deyib rəsmi.

Bu həftə Trend agentliyinə müsahibəsində Əli Həsənov jurnalistləri dövlətin vətənpərvər dəstəkçiləri olmağa çağırıb.

Cənab Həsənova əsasən hər bir jurnalist “milli və mənəvi dəyərlərin daşıyıcısı və ölkə mənafelərinin müdafiəçisidir”.

Jurnalistlər üçün yeni bina inşa olunmaq üzrədir.

Hərb və Sülh İnstitutundan Samirə Əhmədbəyli deyir ki, vətənpərvərliyə çağırış xüsusilə də, böhtan haqqında qanunların sərt olduğu ölkədə jurnalistləri hökuməti dəstəkləməyə məcbur etməyin effektiv üsuludur.

“Vətənpərvərlər kimi biz yalnız müsbət olaylar barədə yazaraq tənqidə yol verməməliyik. Məhz buna görə həqiqəti yazan jurnalistlər həbs olunur".

O deyir ki, hökumət problemlər haqqında yazan jurnalistin vətənpərvər olmadığı qənaətindədir.