Aİ müxalifətçilərin azad olunmasına çağırır

Aİ Fotonun müəllifi .

Amnesty İnternational Azərbaycan hökümətini həbs edilən müxalifət nümayəndələrini təcili azad etməyə səsləyib.

Qurumun Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Nicola Duckworth bu bəyanatını keçən gün müxalifətçilərə hökm oxunduqdan sonra verib.

O deyib: "Hazırda Azərbaycan bir neçə tənqidi fikir olduğuna görə xoşgörülü görünür. Hökümət müxalifəti susdurmaq və digərlərini danışmaqdan çəkindirmək məqsədilə aparıcı aktivistləri hədəfləyib."

"Bu insanlar sadə sülhsevər nümayişdə iştirak edərək höküməti korrupsiyaya son vermək və siyasi dəyişikliklər çağırdıqlarına görə həbs edilib.

Bu sistemli narahatlıq - müxalif aktivistlərin və prezident Əliyevin hökümətinə qarşı danışan hər kəsin həbs edilməsi bitməlidir", Duckworth əlavə edib.

Xanım Duckworth Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli işlərinin geri qaytarılmasını və onların şərtsiz və təcili azad edilmələrini istəyib. Fuad Qəhrəmanlının həbsini isə belə adlandırıb: "Onun hökmü tamamilə ədalətsiz və siyasi motivlidir

"Tural aprelin 2-də həbs ediləndə ona 8 sutka vermişdilər, həmin vaxt elə aprelin 1-də Ramil Usubov AZTV-de cixiş edib bildirmishdi ki, icazəsiz mitinqlər qəti sürətdə qadağandır ve bu mitinqlərdə bəzi adamlar üçün cinayət işi açılacaq. Bu göstərir ki, əvvəlcədən bildirdilər kimi həbs etmək lazımdır. Ən aktivləri həbs etdilər. Bu xalqın, gənclərin gözünü qorxutmaq uüçündür, amma gənclər qorxmur, onlarda əzm yaranır, dözum yaranır”.

Müsavat partiyası İcra aparatının rəhbəri Arif Hacılı və Müsavat partiyasının Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı, AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli 2,5 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya isə 2 ill şərti cəza verilib.

Onlar müxalifətin icazəsiz 2 aprel mitinqində iştirakına görə həbs edilən 14 nəfərin arasındadır.

Bu barədə daha geniş