“Apple” şirkətinin təsisçilərindən biri Stiv Voznyak Yerevandadır

“Apple Computer” Fotonun müəllifi Getty

“Apple Computer” korporasiyasının təsisçilərindən biri Stiv Voznyak Yerevandadır.

O, informasiya texnologiyaları (İT) sahəsində beynəlxalq xidmətlərinə görə Ermənistan prezidentinin 2011-ci il mükafatına layiq görülüb.

Mükafatı Serj Sarkisyan cümə günü təqdim edəcək.

Bu gün Stiv Voznyak Ermənistanın İT sahəsində qabaqcıl “Sinopsis” şirkətində olub. Burada o, “dünyada və Ermənistanda yenilikçilik işində göstərdiyi insanpərvərlikbaxışları, nikbinlik və tükənməz səylərinə görə” fəxri fərmanla təltif edilib.

Stiv Voznyakın Ermənistanın baş naziri, hökumət üzvləri, İT sahəsi nüməyəndələri, qabaqcıl universitetlərin müəllim və tələbələri, elm xadimləri ilə görüşləri nəzərdə tutulur.