Azərbaycanda Aşura mərasimləri keçirilib

Azərbaycanda bu səhərdən etibarən Hicri-Qəməri təqvimi ilə Məhərrəmlik ayının 10-cu günü - Aşura yad edilib.

Yas mərasimi paytaxtın Nardaran kəndində daha qaynar keçib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Kəndin küçələrinə qara bayraqlar asılıb.

Kəndə giriş isə ətraf maşınlar üçün bağlı olub.

Nardaranın hər girəcəyində təxminən 2-3 polis maşını gözə dəyirdi.

Ölkənin müxtəlif rayonlarından insanların toplaşdığı “Rəhimə xanım məscid-piri”nin meydanında axundlar müxtəlif dualar və mərsiyələr oxuyub.

Təxminən saat 12-1 arası isə Aşura mərasiminin ən pik anı -“Qətl sınma” baş verəndə isə meydana xəncərlə baş yaranlar və zəncirlə başına və kürəklərinə döyən “əzadarlar” gəlib.

Şəhərin digər yerlərində mərasim qanvermə aksiyası ilə qeyd edilib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Ölkə üzrə ümümi 13 məscid və ona yaxın ərazilərdə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən askiya təşkil edilib.

Verilən qanlar Qanköçürmə İnstitutu tərəfindən yoxlanaraq talasseminayadan əziyyət çəkənlərə göndəriləcək.

Aşura günü ilə bağlı olaraq paytaxtın yollarının bəzilərində gediş-gəliş əngəllənib. Polis isə gücləndirilmiş rejimdə çalışıb.

Bazar ertəsi Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov APA-ya bildirib ki, mərasimlər keçirilən yerlərə toxunulmayacaq.

Lakin, “müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə qətiyyətlə imkan verilməyəcək”.