Şarl Aznavur: "Ermənistanda daxili soyqırım baş verir"

Ermənistanda daxili soyqırım baş verir, Ermənistan hökuməti öz gənclərinə nəfəs almağa imkan vermir, ölkəni gənclərdən məhrum edir – onlar çıxıb getməyə məcbur olurlar. Bunu İsveçrədə “Life Showbiz” internet nəşrinə müsahibəsində Fransız şansonyesi Şarl Aznavur deyib.

Şarl Aznavur yaradıcılığını heç vaxt sevgililərə həsr etmədiyini bildirib. Yeganə istisna, onun sözlərinə görə, Ermənistandır. Ömrünü Fransada, hazırda isə İsveçrədə yaşayan Şarl Aznavur ermənicə bilmədiyini,mahnılarını “fransız dilində erməni aksentilə” oxuduğunu, lakin Ermənistanı əcdadlarının vətəni hesab edir.

“Hazırda mənim ölkəmdə daxili genosid baş verir. Mən bunu siyasi mənada qəbuledilməz hesab edirəm. Nəfəs almağa imkan verməyən onun höküməti öz ölkəsini gənclərdən məhrum edir – onlar çıxıb gedirlər. Və bu mənada problem artıq ümumbəşər deyil, siyasidir”. – deyib Aznavur.

Qeyd etmək lazımdır ki, bu, Şarl Aznavurun Ermənistanda vəziyyətlə bağlı sərt fikir söylədiyi ilk hal deyil.

Bu il avqust ayında “Nouvelles d'Arménie” jurnalına o, demişdi: “Ermənistan əzab çəkir və günü gündən boşalır. Bu, kimin üçün faydalıdır? Bir neçə mafiya başçılarına? Minlərlə bədbəxt insanlar dünya üzrə səplənir.

Burada insanlara kömək etmək üçün heç edilmirş Əksinə, mən mafiya üzvləri haqqında dəhşətli əhvalatlar bilirəm. Onlar elə edə bilərlər ki, kəndli öz torpağında ac-yalavac qalsın. Bu mafiya üzvlərini güllələmək lazımdır.

Mafiya olmaq istəyirsiniizsə, öz mafiyanızı başqa ölkədə fo”, - deyib Şarl Aznavur.

Qeyd etmək lazımdır ki, Şarl Aznavur Ermənistan Respublikasının İsveçrədə fövqaladə və səlahiyyətli səfiridir.