Azərbaycanda kəskin hava şəraiti davam edir

Fotonun müəllifi Nezaket Zeynalli
Image caption Müəllif: Vahid Qasımov (İstifadəçi Əsaslı Kontent)

Azərbaycanda cümə günü havanın dəyişkən buludlu, lakin yağmursuz olacağı gözlənilir.

Buna baxmayaraq, şaxtalı hava şəraiti olduğu kimi davam edəcək və yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, səhər 0-2, axşama doğru isə 5 dərəcə şaxta gözlənilir.

Nəqliyyat Nazirliyinin «Azəryolsevis» ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda Bakının əsas yollarında heç bir problem yoxdur, qum və duz səpilməsi davam edir.

Respublika Baş Dövlət Yol Polis İdarəsi bildirir ki, hazırda Şəki-Zaqatala və İsmayıllı-Muğanlı ərazilərində qar yağıntısı davam etdiyindən bu yollar buz bağlayıb.

Cümə axşamı günü Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası məlumat verib ki, dörd nəfəri don vurub, onlardan biri həlak olub.

Həmin gün ölkədə 6 yol-nəqliyyat qəzası baş verib, iki nəfər ölüb, beş nəfər isə yaralanıb.

Kəskin hava şəraiti cümə axşamı bir sıra obyektlərin, o cümlədən Beynəlxalq Hava Limanının işinə təsir edib.

Hava şəraitinin əlverişsiz olması beynəlxalq uçuşların aparılmasına mane olub.

Liman öz işini yalnız cümə axşamı 7 radələrində bərpa edə bilib.

Bakı-Paris və Bakı-Milan aviareysləri, həmçinin Bakı-Gəncə və Bakı-Naxçıvan aviareysləri təxirə salınıb.

Ekspertlərə görə, Bakı və Abşeron yarımadasında bu tip hava şəraiti (-5.5) son 110 ildə rekord həddə çatıb.

Bundan əvvəl, 1937-ci ildə bundan azca “isti” rəqəm qeydə alımnışdı.

Şaxtalı havanın həftə sonuna kimi davam edəcəyi gözlənilir.

Bu barədə daha geniş