Müfadiə Nazirliyi iki əsgərin ölümünü araşdırır

Fotonun müəllifi ANS

Müdafiə Nazirliyi şənbə günü həyatını itirmiş iki Azərbaycan əsgəri barədə araşdırılma aparıldığını deyir.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, Respublika Hərbi Prokurorluğunun rəyindən sonra hadisə barədə informasiya veriləcək.

ANS Press yazır ki, martın 2-dən 3-ə keçən gecə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən hərbi hissədə Dibirov Vüqar və Seyidəliyev Seyidəli qarşı tərəfin “işıq saçan güllələr və yaylım atəşi nəticəsində” həlak olub.

“Doktrina” Jurnalist Hərbi Araşdırmaları Mərkəzi ilin əvvəlindən Azərbaycan ordusunda 14 nəfərin həyatını itirdiyini bildirir.

Onlardan iki nəfəri döyüş, qalanları isə qəza, bədbəxt hadisə və ehtiyatsızlıq itkiləri hesab edilir.

Bu barədə daha geniş