Prezident fərmanı ilə əvf olunanlar arasında Ruslan Bəşirli də var

Ruslan Bəşirli

Martın 15-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə əfv sərəncamı imzalayıb.

Əfv olunanların sırasında 2 gənc müxalifətçi də var - "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və Elnur İsrəfilov.

Elnur İsrəfilov isə Səbail Rayon Məhkəməsinin 2011-ci il 25 avqust tarixli hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, İctimai Palatanın 2 aprel 2011-ci il tarixdə keçirilmiş razılaşdırılmamış aksiyası zamanı saxlanılmışdı.

Ruslan Bəşirli Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2006-cı il 12 iyul tarixli hökmü ilə 7 il müddətinə məhkum edilmişdi. O, Cinayət Məcəlləsinin 278-ci (dövlət çevrilişinə cəhd) maddəsi ilə ittiham olunmuşdu.

Əfv ümumilikdə 62 nəfərə şamil edilir.

Əfv olunanlar sırasında 3 Gürcüstan vətəndaşı var.

Əfv edilənlərin 60-ı kişi, 2-si qadındır.

Siyahıda 2 aprel məhbuslarından Elnur İsrəfilovun adı var. «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli də buraxılanlar arasındadır.

Əfv fərmanın icrasına martın 16-da başlanacaq.