Bakı silah idxalını iki dəfə artırır

Fotonun müəllifi bbc

Azərbaycan silah alışını əhəmiyyətli dərəcədə artırır və hazırda bu üzrə dünyada 38-ci yeri tutur.

Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SİPRİ) hazırladığı hesabatda belə deyilir.

İnstitutun baş araşdırmaçısı BBC Azərbaycancaya deyib ki, Azərbaycanın 2010-cu ildən 2011-ci ilə kimi idxal etdiyi silah-sursat iki dəfə artıb.

Araşdırmaçı Siemon Wezeman deyir ki, rəsmi Bakı, əsasən Ermənistanla Dağlıq Qarabağ konfliktinə görə silaha pul xərcləyir.

O deyir ki, bunun əksinə olaraq Yerevan hər il nəşr edilən hesabatda 84-cü yeri tutur.

“Ermənistan bu məsələlərdə çox geridədir” deyən Wezeman bildirir:

“Mövcud olan və aldıqları silahlara və hərbi büdcələrinə baxdıqda, Ermənistan Azərbaycanın yanında “cırtdan” kimi görünür”

Azərbaycanın hərbi balansını necə sərf edəcəyi isə, potensial konfliktin tipindən asılıdır, araşdırmaçı düşünür.

“Əgər bu, Dağlıq Qarabağda gördüyümüz əvvəlki partizan müharibəsi tipidirsə, onda Azərbaycan tərəfindən alınanlar çox sayıla bilməz”, Siemon Wezeman bildirir.

O inanır ki, Azərbaycan Ermənistanla danışıqlarda öz yerini möhkəmləndirməyə çalışır və bunun üçün “Müzakirələr baş tutmasa, müharibə ola bilər” mesajini verir.

"Hər şeyi almaq"

Cənab Wezeman deyir ki, Azərbaycan zirehli maşınlar, nəqliyyat və döyüş vertolyotları, uzaq məsafədən hava müdafiə sistemləri və pilotsuz hava təyyarələri kimi geniş çeşidli hərbi sursat alır.

“Son 5 ildə əsas alış ölkələri Russiya, Ukrayna, Belarusiya, İsrail, Şimali Afrika və Türkiyə olub”, araşdırmaçı qeyd edir.

O, düşünür ki, Azərbaycan İsraildən 1.6 milyardlıq silah aldıqdan sonra İsrailin rolu daha mühümləşib.

Buna baxmayaraq, o, Rusiyanın gələcəkdə əsas döyüş vertolyot və hava müdafiə sistemlərinin alınma mənbəyi olacağını ehtimal edir.

Siemon Wezeman, Azərbaycanın Dağlıq Qarabaq ətrafında müharibə üçün, yəni az və ya orta tezlikli və texnologiyalı müharibəyə yarayan silahlar aldığını deyir.

Azərbaycanın əksinə olaraq, Ermənistan az silah alır, cənab Wezeman deyir.

“Ermənistan deyib ki, yeni silahlar alacaq və Azərbaycanın hərəkətinə cavabdır. Onlar plan qurub, lakin alıb-almayacaqları sual altındadır”

Stokholm İnstitutunun araşdırmaçısı deyir ki, Ermənistan ya Rusiyadan kömək kimi, ya da hərbi bazalarının yerləşməsinə ödəniş olaraq silah-sursat ala bilər, lakin yenə də bu, Azərbaycanın pulla ala biləcəyindən azdır.

“Müfadiə büdcələrinə baxsaq, Azərbaycanın xərcləməyə daha çox pulu var və daha çox pul xərcləyir, çünki gəlirləri Ermənistanın yarışa bilməyəcək qədər çoxdur”

Hərbi balansı dəyişdirmək?

Mr Wezeman deyir ki, Cənubi Qafqazda hərbi balansın artmasında Azərbaycanın payının olmasını demək çətindir, çünki Qarabağ ətrafında hansı potensial konfliktin olacağı bəlli deyil.

“Əgər bu aşağı intensivlikdə yarı-partizan, yarı Qarabağa dəstək üçün Ermənistan tərəfindən xarici müdaxiləli konflikt olarsa, onda Azərbaycanın aldığı bahalı hava hücumundan müdafiə sisteminin əhəmiyyəti az olacaq”

O bildirir ki, Azərbaycanın yeni hava müdafiəsi Dağlıq Qarabağı dəstəkləyən Ermənistana ziyan verə bilər, lakin eyni addımı Ermənistan da ata bilər.

Stokholm İnstitutun araşdırmaçısı deyir ki, Azərbaycanın silah almasının səbəbi kimi yeni müharibəyə hazırlıq kimi və ya Ermənistana təzyiq kimi qiymətləndirmək çətindir.

“Alınmış silahların müzakirələrdə güclü mövqe göstərişi kimi anlamaq olar, lakin bu strategiyanın effektiv olması üçün rəqibinin "lazım olarsa, gücündən istifadə edəcəyinə" inanması lazımdır”, Siemon Wezeman bildirir.

Bu barədə daha geniş