Gürcüstanda Kür çayı daşıb

Tbilisi Fotonun müəllifi AP

Gürcüstan paytaxtı Tbilisidə Kür çayının daşması nəticəsində 5 nəfər ölüb, ölənlərdən ikisinin uşaq olduğu bildirilir.

Çoxlu sayda adam xəsarət alıb.

Kür çayının Gürcüstan ərazisindən keçən hissəsində daşqının baş verməsinə səbəb davamlı yağan leysan yağışlar olub.

Şəhərin bir sıra məhəlləri, küçələr, yaşayış evləri, infrastruktur obyektləri, maşınlar, su altında qalıb. On minlərlə Tbilisi sakini işıqsız qalıb.

Gürcüstan paytaxtında daşqın nəticəsində ağaclar kökündən çıxıb, asfalt yol xarab olub, yol qəzaları baş verib.

Tbilisi şəhər hakimiyyəti rəsmilərinin təbirincə ötən gecədən başlamış bərpa işlərinin aparılması nəticəsində Gürcüstan paytaxtında nəqliyyatımn hərəkatı tamamilə bərpa olunub.

Bundan başqa, Gürcüstanın şərqində bir neçə körpü zədələnib və ya tamamilə uçub. Nəticədə 8 kəndin ətrafla əlaqəsi tam kəsilib.

Xilasedicilər təbii fəalkət bölgəsindən əhalini evakuasiya edirlər.

Gürcüstan höküməti zərərçəkənlərə maddi yardım göstəriləcəyini vəd edib.