Dünən itmiş rus təyyarəsi Yava dağında tapılıb

Salak dağı

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Təyyarənin qalıqları dağın vertikal yamacında tapılıb.

Çərşənbə günü itmiş Rusiya təyyarəsi bu gün Suxoy Superjet-100 Yava adasındakı dağın vertikal yamacında tapılıb.

Təyyarənin qalıqlarını axtarış qrupunun helikopteri aşkar edib. İzlər Yava adasının qərb hissəsindəki yerdən 1650 metr hündürlükdə olan Salak dağının yamacında görünüb.

Məhz bu ərazidə çərşənbə günü səhər təyyarə ilə əlaqə kəsilmişdi.

Bloqqer və səyahətçi Sergey Dolya Twitter mesajında yazır ki, təyyarədə 45 adam olub, onlardan 8-i Rusiya vətəndaşı, biri fransız və biri amerikalıdır. Qalanlar isə İndoneziya vətəndaşları olan aviasiya rəsmiləri idi. Onlara yeni Rusiya təyyarələri almaq təklif olunmuşdu.

Axtarış-xilasedici qərargahın nümayəndəsi jurnalistlərə deyib ki, qəzadan sağ qalanların olmasına dair məlumat yoxdur.