Daha bir neçə ölkə təmsilçiləri "Demokratiya naminə oxu" kampaniyası ilə maraqlana bilər

Fotonun müəllifi Eurovisiontv
Image caption mənbə: Eurovision.tv

"Eurovision-2012" Mahnı Müsabiqəsinin İsveç təmsilçisi Lorenin "Sing for democracy" (“Demokratiya naminə oxu”) kampaniyası ilə tanış olmaq üçün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) olub.

Kampaniyanın koordinatoru Rəsul Cəfərov BBC Azərbaycancaya deyib ki, “müğənni özü SFD-nin İsveç partyorları ilə əlaqə saxlayıb və üç gün öncə təşkilatın ofisində təşkilatçılarla görüş keçirib:

"Loreen özü maraqlanıb"

"Bizim aramızda olan razılaşmaya əsasən görüşə İsveç nümayəndə heyətinin tərkibində olan jurnalistlər dəvət olunub. Yerli mediadan heç kim yox idi. Görüşdə RATİ-nin rəhbəri Emin Hüseynov, mən və Şəhla İsmayıloava iştirak edib".

Cəfərov deyir ki, görüşdə qonağa “Azərbaycanda insan hüquqları” barədə məlumat verilib və videolar göstərilib:

"Bundan sonra İsveç jurnalistlərdən biri və Lorenin özü də kədərləndi. Həmin jurnalistin "videoları, fotoları gördünüz, bununla bağlı nəsə edəcəksinizmi?" sualına "əlimdə olan imkanlar səviyyəsində nəsə edəcəyəm".

Koordinator, Loreenə "Sing for democracy" və "Don"t be donkey, think about human rights" sözləri yazılmış köynək”lər hədiyyə etdiklərini bildirir.

Youtube video paylaşım saytında Loreenin İsveç televiziyasına RATİ-dəki görüşdən sonrakı müsahibəsi yayımlanıb.

Loreen nədən təsirlənib?

Müsahibədə, jurnalistin "Sən niyə başqa turistlər kimi şəhəri gəzmirsən, amma bura gəlmisən?" sualına o, belə cavab verib:

"Bu dəhşətlər barədə eşidib, mən başqa cür edə bilməzdim.

Mən heç nə görməmiş kimi İçəri şəhəri gəzə bilmərəm.

Bu mənim üçün çox çətindir.

Azərbaycanda insan haqları, qadın haqları hər gün daha çox pozulur və belə şeylərə qarşı susmaq olmaz!

Şəhəri gəzmək əvəzinə mən bir neçə qeyri-hökümət təşkilatının ofislərində olmuşam, demokratik fikirli insanlarla görüşmüşəm.

Burada yaşamaq çox çətindir".

Ən çox nədən təsirlənməsi sualına Loreen belə cavab verib:

"Gördüklərim mənə çox təsir etdi.

Əsasən şəkillərdəki insanlar, evlərindən zorla çıxarılmış, küçəyə atılmış insanlar. İnsana qarşı belə rəftar etmək olmaz!

Sizə deyim ki, hər bir şəkil, danışılan hər bir həyat hekayəsi çox təsir etdi mənə.

Polis tərəfindən, məmurlar tərəfindən uşaqlara, qocalara, qadınlara, kişilərə, ümumiyyətlə fərq qoymadan camaata qarşı bu cür münasibət məni çox təəccübləndirir.

Jurnalistlər sadəcə həqiqəti dedikləri üçün və yaz fikirlərini ifadə etdikləri üçün həbsə atılırlar.

Mən bunu sadəcə başa düşə bilmirəm".

Digər iştirakçılar da "maraqlanır"

Kampaniya koordinatoru bildirdi ki, İsveçdən başqa Norveç təmsilçisi İranlı xanımın (Touraj Keshtkar) bazar ertəsi verdiyi açıqlama da “ümidvericidir”:

"Xanım İranda inqilabi və insan hüquqlarını dəstəklədiyini açıqlamışdı. Bundan başqa, Almaniya təmsilçisindən (Roman Lob) də sürprizlər gözləyirik. Çünki Almaniyada fəaliyyət göstərən xeyli sayda jurnalist ona Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verməyə çağıran müraciətlər edib".

"Sing for democracy" "Eurovision-2012" Mahnı Müsabiqəsi keçirilən zamanda Azərbaycandan insan hüquqlarının müdafiəsi ilə bağlı aparılan kampaniyadır.

Bu barədə daha geniş