Hacıyevə Harvardda mühazirə oxumuş müəllim onun azadlığa buraxılmasını alqışlayır
“Təəssüflər olsun ki, Bəxtiyar Hacıyev azad sözün dəyəri və rolu barədə Harvardda öyrəndiyi mühazirələrin reallıqda tətbiqinin cəzasını ödəməli oldu”, Christopher Robichaud, Harvard Kennedi Məktəbinin Etika və İctimai siyasət üzrə mühazirəçi BBC-Azərbaycancaya müsahibəsində deyib.
Kennedi Məktəbinin məzunu olmuş Bəxtiyar Hacıyevin azadlıqdan buraxılması xəbəri keçmiş müəllim və tələbə yoldaşlarını hədsiz sevindirib.
“Bu həbs bizi həddən artıq narahat edirdi. Bir çoxları kimi, mən də Bəxtiyara qarşı yanlış siyasi cəza tətbiq edildiyinə inanırdım”, deyib cənab Robichaud.
O, bu ilin mart ayında Kennedi və Hüquq məktəblərinin professor və müəllim heyəti adəndan Prezident Əliyevə məktub göndərilməsi kompaniyasına başçılıq edib.
“Biz burada öz tələbələrimizə azad sözün dəyəri və onun siyasi instituların formalaşmasına həlledici rolu barədə bilgiləri aşılayırıq. Bəxtiyar bu dərslərin reallıqda tətbiqindən sadəcə danışmırdı, həm də addım-addım həyata keçirirdi. Təəssüf ki, sonda o, bunun cəzasını dəhşətli şəkildə və haqsızcasına ödəməli oldu”.
Cənab Robichaud Azərbaycan hakimiyyətini ölkədə azad səslərə tolerantlıq göstərməyə səsləyib.
“Öz nöbəsində dünya istimaiyyəti hakimiyyətlərin azad səzləri boğmasına sakit qalmamalıdır”, deyib Kennedi məktəbinin mühazirəçisi.
Ələkbər Raufoğlu