Ermənistan: Olimpiya qızılı üçün 1 milyon dollar “ödəniləcək”

Olimpiya medalları Fotonun müəllifi AFP

Ermənistanın idman naziri deyib ki, ölkənin ən zəngin adamlarından – Milli Olimpiya Komitəsinin prezidenti - Qaqik Tsarukyan qızıl medal qazanan idmançıya 1 milyon dollar verəcəyi barədə Pekin Olimpiadasından öncə etdiyi vədinə sadiq qalır.

“Pekin Olimpiadasından öncə qızıl medal qazanana 1 milyon dollar veriləcəyi barədə Qaqik Tsarukyanın sözlərinə gəlincə - Tsarukyan sözünün sahibidir”, Qraçya Rostomyanın sözlərindən news.am saytında iqtibas gətirilir.

Ermənistan hökumətinin qərarı ilə oyunlarda qızıl medal qazanan idmançıya təqribən 48 min dollar( 20 milyon dram), gümüş sahibinə - 23 min və bürünc medal alana 15 min dollar mükafat ödəniləcək.

Bundan əlavə həmin mükafatların iki qatını ( qızıla 40, gümüşə 30 və bürüncə 15 milyon dram) Milli Olimpiya Komitəsi də təyin edib.

Rəsmi maliyyə mükafatları

Beləliklə qızıl medal qazanmış Ermənistan idmançısının qonorarı təxminən 144 min dollar təşkil etməlidir.

1 milyon dollar barədə qərarın yerinə yetirilməsi şərtilə qızıl medal qazanmış idmançının ümumi qonorarı 1 milyon 144 min dollara çata bilər.

Ermənistan London Olimpiadasına 25 idmançı göndərəcəyini bildirib.

Oyunlarda 53 idmançı ilə təmsil olunan Azərbaycanın maliyyə mükafatları Ermənistanın ödəyəcək rəsmi qonorarlardan bir neçə dəfə artıqdır.

Qızıl qazanmış idmançıya Olimpiya Komitəsi ilə büdcədən ödəniləcək mükafatın həcmi birlikdə təqribən 764 min dollar ( 600 min manat ) təşkil edir.

Müqayisə üçün Rusiya qızıl medal sahiblərinə dollar ekvivalentində 121 min Ukrayna isə 86 min dollar ödəyəcək.

Bu barədə daha geniş