Freedom House: “Azərbaycan hökuməti medianın durumuna görə cavabdehdir”

Karin Deutsch Karlekar

Vaşinqtonda mənzillənən beynəlxalq Freedom House təşkilatı Azərbaycan hakimiyyətinin bir qayda olaraq bu ölkədə media pozuntuları əlehyinə xaricidən səslənən tənqidləri şübhə altına salmasını pisləyir.

“Hökumət nəhayət başa düşməlidir ki, o özü ölkədə media sahəsində vəziyyətin pis olmasına görə bir nömrəli cavabdehdir”, deyib BBC-Azərhaycancaya müsahibəsində təşkilatın Media Azadlığı Proqramının rəhbəri Karin Deutsch Karlekar.

Onun təbirincə, Freedom House və digər beynəlxlaq təsisatların işini şübhə altına almazdan öncə Bakıda rəsmilər özlərinə sual verməlidirlır: nə üçün beynəlxalq müşahidəçilərin əksəriyyəti Azərbaycanda baş verənlərdən narahatdır?

Vəziyyət pisləşib

Bir neçə il öncəyə qədər Azərbaycan “Freddem House”un təsnifatına görə qismən azad ölkələr sırasında idi, ancaq son vaxtlar vəziyyət durmadan pisləşib.

“Ölkənin demokratik normaları pozması demək olar ki, hər yerdə pislənib, xüsusilə də media azadlığı sahəsində”, yada salır xanım Karlekar.

Vaxtaşırı insan hüquqlarından danışan Azərbaycan məmurları adətən bütün ittihamları təkzib edirlər və

öz ünvanılarına tənqidi azaltmaq, rəqiblərinin KİV-ə çıxışını məhdudlaşdırmaq üçün böyük resurslar ayırırlar.

Xanım Karlekara görə, hakim qüvvələr repressiyaları “şüurlu” şəkildə tətbiq edirlər, belə ki, Əliyev hökuməti yeni idarəetmə elementləri tətbiq etməyə və cinayət mühakiməsi sistemini dəyişməyə çalışır.

Hakimiyyət media üzərində sərt nəzarəti saxlamaq üçün müxtəlif metodlara əl atır - jurnalistləri həbsə atır, diffamasiyaya görə məhkəməyə verir.

Qərb niyə susub?

Amma Bakıda baş verənlər Qərbin, o cümlədən Birləşmiş Ştatların diqqətini çox az çəkib.

“Bu, Azərbaycanda enerji resurslarının çox olması ilə əlaqədardırmı?” sual edir Freedom House təşkilatının nümayəndəsi.

Eyni zamanda o vurğulayıb ki, blogerlərə və sosial mediada iştirak edənlərə qarşı repressiyaların bərpa edilməsi, şübhəsiz, beynəlxalq təzyiqi gücləndirib.

Konqres narahatdır

Xanım Karlekar Çərşənbə günü ABŞ Konqresinin insan haqları üzrə xüsusi qanadı olan Tom Lantos Komissiyasında dünyaboyu media azadlıqlarına olan təhdidlərdən bəhs edib.

O, ABŞ hökumətini və beynəlxalq müdafiə təşkilatlarını media hüquqlarının qorunması sahəsində səylərini artırmağa səsləyib.

Komissiyanın məlumatına görə, bu il ərzində dünyada 29 jurnalist öldürülüb, xüsusilə 14-ü iş başında olarkən.

Həbsdəki jurnalistlərin sayı isə 15 ildə maksimum həddə çatıb. Hər il 450-dən media nümayəndəsi təqiblərdən yayınmaq üçün öz ölkəsindən qaçır. Son 20 ayda 17 ölkədə online fəaliyyətinə görə 60-dan çox adam saxlanılıb.

Komissiyanın həmsədri, demokrat konqresmen Jim McGovern diqqəti xüsusilə Türkiyə, Rusiya və Yaxın Şərqdə jurnalistlər in qorxu, senzura şəraitində yaşamağa məcbur edilməsinə yönəldib.

Onun təbirincə, repressiv hökumətlər Üonlara loyal olmayan mediaya qarşı sərt siyasət yürüdür, məsələn, iqtisadi təzyiq göstərirlər”.

Özləri cinayətkarlıqvə korrupsiyaya bulaşmış hakimiyyətlərin mediaya qarşı buy cür düşmənçiliyi “ciddi narahatlıq doğurur”, deyib Konqressmen.

Öz növbəsində dinləmədə çıxış edən ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək üzrə köməkçisi Michael Posner Obama administrasiyasının dünyada mediaya qarşı təhdidlərin izlənməsi üçün səylərini ikiqat artırdığını bəyan edib.

Bu barədə daha geniş