Qafqazdakı qeyri-sabitlik terrorçuluğun “yayılmasına“ zəmin yaradır

ABŞ Dövlət Departamenti Fotonun müəllifi AFP

Terrorçuluğun yayılmasına həsr olunmuş ABŞ Dövlət Departamentinin son hesabatında deyilir ki, Qafqazdakı qeyri-sabitlik Rusiyada terrorçuluğun “yayılmasına“ zəmin yaradır.

Ötən il ərzində baş verən hadisələrin təhlilinə əsaslanan hesabata görə separatçılıq, etnik münaqişələr, və ekstremizm ideologiyası zorakılığı qidalandıran əsas faktorlardandır:

“Şimali Qafqazda yaranmış zorakılıq bəzən Rusiyanın digər regionlarına da yayılıb”.

Hesabat müəllifləri misal olaraq Domodedovo hava limanı ilə yanaşı Qabarda-Balkar Respublikasında baş verən hücumları qeyd olunur.

Terrorçuluğa qarşı tədbirlər

Dövlət Departamentinin sənədində deyilir ki, Rusiya esktremizmin yayılmasının qarşısını almaq məqsədilə mötədil dini təşkilatlarla əlaqələrin inkişafına çalışır.

Bununla yanaşı saxtalaşdırılması daha çətin olan yeni biometrik pasportların sayının artdığı qeyd olunur.

Yeni hesabata istinadən Rusiya mal-mübadiləsinə nəzarəti gücləndirmək məqsədilə xaricdən gələn yüklərin tərtibində sənədsiz texnologiyanın istifadəsini mənimsəməkdədir.

Dövlət Departamenti ötən il ərzində anti-terrorçuluq əməkdaşlığı baxımından NATO-Rusiya əməkdaşlığında irəliləmənin olduğunu bildirir.

Bu barədə daha geniş