İranda zəlzələ qurbanlarının sayı 306 oldu

İranda zəlzələ: Azı 250 nəfər həlak olub, 2000 nəfər yaralanıb Fotonun müəllifi BBC World Service

İranda şənbə günü zəlzələsindən bir gün sonra ölənlərin sayı 306-a çatıb, bu barədə xilasedicilər deyir.

Frans press agentliyi səhiyyə naziri Marzieh Vahid Dastjerdinin Parlamentin bazar ertəsi iclasındakı çıxışına istinadən yazır ki, həyatını xəstəxanada itirən qurbanların sayı təxminən 50-dir.

Üç mindən çox insan isə yaralanıb.

Şərqi Azərbaycan vilayətinin rəsmiləri bazar ertəsindən ölkədə iki günlük matəm elan olunduğunu bildirib.

Avqustun 11-i, İranın şimalında, Azərbaycan və Ermənistanla sərhəddə, dağlıq ərazidə 6.4 və 6.3 gücündə zəlzələ nəticəsində təxminən 300 min əhalisi olan region zərər çəkib.

Zəlzələ nəticəsində İranın şimal qərbində 100-dən artıq yaşayış məntəqəsinin dağıdıldığı xəbər verilir.

Məlumatlara görə, bölgədəki minlərlə insan ötən gecəni bayırda keçirməli olub.

Yardım agentlikləri əhaliyə çadır, çörək və işməli su paylayır.

Zəlzələ nəticəsində İranın şimal qərbində 100-dən artıq yaşayış məntəqəsinin dağıdıldığı xəbər verilir.

Məlumatlara görə, bölgədəki minlərlə insan ötən gecəni bayırda keçirməli olub.

Yardım qurumları əhaliyə çadır, çörək və içməli su paylayır.

Bu barədə daha geniş