BBC navigation

Azərbaycan 2014-cü ildən əvvəl neft hasilatında artım gözləmir

Son yeniləmə: 22 oktyabr, 2012 - 15:47 GMT
Rövnəq Abdullayev

Azərbaycanda ekspertlərə 2014-cü ildə hasilatı artırmaq tapşırığı verilib, ARDNŞ rəhbəri Moskvada deyib.
Reuters agentliyi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin Azəri-Çıraq-Günəşli yatağından günə 1 milyon barrel neft hasil olunmayacağı ilə razılaşdığını yazır.

Azərbaycan həmçinin BP-nin rəhbərlik etdiyi konsorsiumda xam neft hasilatının 2024-cü ildə müqavilə başa çatanadək sabit qalacağını gözləyir, cənab Abdullayev bildirib.

“2013-cü ildə AÇG yatağında faktiki hasilat bu ilə nisbətən dəyişməz qalacaq. Biz 2014-2024-cü illərdə sabit hasilat görmək istəyirik” – Rövnəq Abdullayev Reuters-ə deyib.

O, bu il AÇG-dən nə qədər neft hasil olunacağını deməyib.

Yataqda hasilatın aşağı düşməsi Azərbaycanda narazılıq yaradıb və Prezident İlham Əliyev BP rəhbərliyini “yalan vədlər” verməkdə suçlayıb.

Şirkətdəki mənbə agentliyə deyib ki, BP nümayəndələri bu həftə AÇG-də neft hasilatının aşağı düşməsini müzakirə etmək üçün Bakıya gələcək.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.