BBC navigation

Azərbaycan: neft və qaz hasilatı azalıb

Son yeniləmə: 29 noyabr, 2012 - 11:15 GMT
Neft qurğuları

Azəri-Çiraq-Günəşli yataqlarından ilin ilk 10 ayında hasilatın aşağı düşməsi nəticəsində Azərbaycan Dövlət Neft Şirkəti ötən ilə nisbətən daha az neft və qaza malik olacaq.

Bloomberg agentliyinə görə, neft hasilatının enişi 2.2 faiz təşkil edib ki, bu da 6.9 million tona bərabərdir.

3.4 faiz azalan qaz hasilatı 5.7 milyard kubmetr təşkil edib.

Azərbaycan hasilatdakı tənəzzülə görə Xəzərdəki yataqlar üzrə konsorsiumun lideri olan BP şirkətini tənqid edib.

İqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya müsahibəsində neft hasilatının aşağı düşməsinin 2010-cu ildən başlaydığını deyib.

Eniş

“Hasilatda hazırda eniş tendensiyası mövcuddur. Lakin bundan əvvəl - 2007 və 2008-ci illərdə - dünya bazarında konyukturaya cavab verərək neft hasilatı nəzərdə tutulduğundan daha artıq olub”.

Yeni rəqəmlər iqtisadiyyat və büdcənin neft gəlirlərindən asılı olduğunu göstərir, iqtisadçı deyib.

“Bu mühüm bir amildir. Neft hasilatının aşağı düşməsilə yanaşı ümümdaxili məhsulun aşağı düşməsi Azərbaycan iqtisadiyyatının şaxələşdirilməsində problemlərin olduğuna dəlalət edir”.

Tənqid

Oktyabr ayında prezident Klikləyin İlham Əliyev deyib ki, hasilat Britaniya şirkətinin “səhvləri” nəticəsində aşağı düşüb.

O zamandan bəri BP-nin regional rəhbərliyində dəyişiklər edilib.

Şirkət həmçinin Azəri-Çıraq-Günəşlidə hasilatla bağlı ARDNŞ ilə işləyəcəyini deyib.

Bloomberg agentliyinə görə Azəri-Çiraq-Günəşlidən hasil olan resurslar ölkə istehsalının 78 faizini təşkil edir.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.