BBC navigation

İslam Partiyası "ana müxalifətə" irad tutur

Son yeniləmə: 8 yanvar, 2013 - 13:25 GMT
AİP sədri Mövsüm Səmədov

İslam Partiyası Mövsüm Səmədovun may ayında əvf olunacağına ümid edir.

İslam Partiyası prezident seçkilərində iştirakı barədə danışaraq həbsdə olan liderinin azad olunmadığı təqdirdə ya daxildən namizəd ya da ki, "insan haqları və milli koloritə" malik namizədi dəstəkləyəcəyini deyib.

Hərçənd ki, partiyanın sədr müavini dəstək veriləcək şəxsin adının son məqamda qərarlaşaçağını deyib.

İslam Partiyası "ana müxalifətə" irad tutur

İslam Partiyası prezident seçkilərində həbsdə olan liderinin azad olunmadığı təqdirdə ya öz namizədi, ya da ki, "milli dəyərlərə" malik namizədin dəstəkləyəcəyini deyib.

Dinləyinmp3

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

BBC Azərbaycancaya müsahibəsində boykotu da istisna etməyən Akif Heydərli deyib ki, partiya prezidentin seçilməsində "həlledici" rol oynamaq fikrindədir.

2011-ci ildə həbs olunmuş İslam Partiyasının sədri Mövsum Səmədov hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinirək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Üç variant

"Apardığımız araşdırma və tədqiqatlar göstərir ki, sadəcə seçki xatirinə, seçkiyə getmək naminə, namizədliyini irəli sürmək naminə bir sıra seçkilərə qoşulan partiyalar olmuşdur. Ama nəticə etibarilə müsbət bir nəticə əldə olunmamışdır."

Akif Heydərli, AİP

İslam partiyasının sədr müavini seçkiəlrdə "üç variantın üçünün də" nəzərdən keçirildiyini deyib.

Bunlar öz namizədilə iştirak, digər namizədin dəstəklənməsi və boykotdur. "Bütün bu hallar seçici bazasına arxalanır", deyib Akif Heydərli.

"İndiyədək 20 il ərzində seçkilərə siyasi bloklar tərkibində qatılmışıq. İndi isə prezidentin seçilməsinə təsir göstərmək məqamı ortaya çıxıb və bizim partiya öz seçici bazasına əsaslanaraq Azərbaycan rəhbərinin seçilməsində həlledici rol oynamaq fikrindədir".

Akif Heydərlinin sözlərinə görə, partiyanın seçici bazası son illər ərzində hazırlıqlı olduğunu göstərib.

"İndi onun real nə kimi qüvvə olduğunu səsvermə göstərə bilər", o əlavə edib.

Ana müxalifətə irad

İslam partiyasının nümayəndəsi indiyədək seçkilərdə “özünü ana müxalifət partiyası sayan” müxalifət partiyalarının mövqeyinə irad tutub.

“Bunlar həqiqətənmi hakimiyyət dəyişikliyi istəyirlər? Çox müəmmalı və düşündürücü bir sualdır ki, buna hələ tam cavab verilməyib. Apardığımız araşdırma və tədqiqatlar göstərir ki, sadəcə seçki xatirinə, seçkiyə getmək naminə, namizədliyini irəli sürmək naminə bir sıra seçkilərə qoşulan partiyalar olmuşdur. Ama nəticə etibarilə müsbət bir nəticə əldə olunmamışdır. ”

İslam Partiyası kimi dəstəkləcəyi barədə sualın açıq qaldığını bildirib.

Başqa namizəd

Onun sözlərinə görə, başqa namizədi dəstəkləmək qərarına gəlinsə kriterialardan birini insan haqlarının müdafiəsi təşkil edir.

“Layiqli namizəd kim ola bilər ki, bizim kriterialara cavab versin. Ən öncəsi insan haqlarının tanınmasını, pozulmuş insan haqlarının bərpa olunmasını, hüquqi, sivil dövlət yarada biləcək, bu prioritetləri, milli koloriti və dəyərləri özündə birləşdirəcək namizədi dəstəkləyəcəyik”.

İslam Partiyası həbsdə olan sədrinin əfv fərmanı ilə azadlığa çıxacağına ümid etdiyini bildirib. Lakin Mövsum Səmədovun azad olunmadığı təqdirdə səsvermədə partiyanı başqa adamlar təmsil edə bilər.

“Azərbaycan İslam Partiyası daxilində kifayət qədər layiqli namizədlər var. Ədalətli cəmiyyət quruculuğunda bacarıqlı adamlar var. Bununla yanaşı ən layiqli namizədi dəstəkləmək gündəmdə durur.”

Akif Heydərli dini gündəmə söykənən digər partiyalarla ümumi namizəd məsələsinin gündəmdə olmadığını deyib.

İslamçıların "vəhdət"i

Onun sözlərinə görə AİP “bütün islamçıların vəhdət partiyası kimi qəbul olunub”.

“İslam partiyası bütün möminlər tərəfindən və əksər, hətta opponent partiya tərəfindən siyasi-ideoloji mərkəz kimi qəbul olunub. Biz bu məqamdan maksimum yararlanmaq istəyirik”, o deyib.

Akif Heydərli dini elektorata onlardan fərqli mövqedə duran müxtəlif dini qüvvələrin daxil olduğunu desə də, birləşmənin mühüm olduğunu vurğulayıb.

2011-ci il oktyabrın 7-də həbs olunmuş İslam Partiyasının sədri Mövsum Səmədov hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinirək 12 il müddətinə azadlıqdan məhrum edilib.

AİP sədrilə yanaşı partiyanın daha 6 üzvünə uzun müddətli cəzalar kəsilib.

Mövsum Səmədovun tərəfdarları həbsi "siyasi motivli" kimi dəyərləndiriblər.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.