BBC navigation

PKK fəalları dəfn olunublar

Son yeniləmə: 17 yanvar, 2013 - 17:22 GMT
PKK fəallarının dəfn mərasimi

On minlərlə kürd Parisdə öldürülən üç fəalın dəfn mərasimi üçün Türkiyənin cənubi-şərqində, Diyarbakirdə toplanıb.

Separatist PKK-nın (Kürdistan İşçi Partiyası) üç qadın fəalının meyitləri şəhərin küçələrində daşınıb, dəfn mərasimlərinin keçirildiyi parad yerinə aparılıb.

Qırmızı, yaşıl və sarı rəngli kürd bayrağında bürülən tabutlar izdiham arasından keçərkən qisas üçün çağırışlar səslənib.

Bəzi qadınlar PKK-nın "Döyüş adamı azad edir" və digər şüarlarını oxuyaraq dəfn izdihamının ardınca gedib.

Lakin yasda iştirak edən bir çox qadın dəfn mərasiminə sülh simvolu kimi tanınan ağ yaylıq geyərək gəlib.

Mərasim yüksək səviyyədə mühafizə olunub.

PKK-nın təsisçi üzvü Sekine Cansız, Fidan Doğan və Leyla Söylemez ötən həftə, Parisdə yerləşən kürd mərkəzində güllələnərək öldürülüb.

Heç bir qurum bu qətllərə sahib çıxmır, lakin bir çox kürd dövlət ünsürlərini suçlayır.

Bununla belə, Baş nazir Recep Tayyip Erdoğan deyib ki, ölümlər sülh danışıqlarını sabotaj etmək üçün nəzərdə tutulub.

Rəsmilər dəstənin silahlı kampaniyasını dayandırmaq üçün həbsdə olan PKK lideri Abdullah Ocalanla danışıqlar aparıb.

Cənab Erdoğan həmçinin deyib ki, kürd silahlıları silahlarını yerə qoyarkən, onun höküməti anti-PKK əməliyyatlarını davam etdirəcək.

Çərşənbə günü türk təyyarələrinin kürd hədəflərini üç gün dalbadal bombalaması haqqında məlumat yayılmışdı.

Ötən il PKK ilə onilliklər ərzində ən ağır vuruşmalar baş verib. Münaqişə başlanandan bəri 40 000 adam həyatını itirib.

ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan dəstə 1984-cü ildə Türkiyənin cənubi-şərqində etnik kürd dövlətinin qurulması üçün silahlı kampaniyaya başlayıb.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.