BBC navigation

Yaralanmış əsgərin vəziyyəti "sabit ortadır"

Son yeniləmə: 17 yanvar, 2013 - 15:04 GMT
Müdafiə Nazirliyi

Şüvəlan qəsəbəsində yerləşən hərbi hissəsində yaralanmış əsgər Sübhan Mahmudlunun vəziyyəti orta-sabitdir, bu barədə BBC Azərbaycancaya 3 saylı Şəhər Klinik Xəstəxanasından bildiriblər.

Telefona cavab verən şəxs əlavə məlumat verməyə səlahiyyəti olmadığını deyib.

1994-cü il təvəllüdlü Sübhan Mahmudov "silahla ehtiyatsız davranması nəticəsində" xəsarət alıb, bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib.

Penitensiar Xidmətin Mühafizə Alayı əsgərinin güllə yarası alması faktı üzrə cinayət işi açılıb.

Sosial mediada əsgərə qan verilməsi üçün müraciətlər edilib.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.