BBC navigation

Dreamliner: Azərbaycan sərnişinləri üçün narahatlıq varmı?

Son yeniləmə: 18 yanvar, 2013 - 13:26 GMT
Dreamliner

Azərbaycan tərəddüd etsə də, nəzərdə tutulduğu kimi 2014-cü ildə bağlanmış müqaviləyə əsasən 2 Boeing-787 Dreamliner təyyarəsini almaqda qərarlıdır, Azərbaycan hava yolları şirkətinə yaxın olan ekspert deyir.

“Azərbaycan təyyarələri alanadək problemlərin həll olunacağına əminəm. Belə ki, bu işin hələlik bizə dəxli yoxdur”, 36 il uçuşlarda olmuş sabiq şturman Arif Həsənov belə hesab edir.

Boeing 787 Dreamliner təyyarəsilə Azərbaycana uçuşlar həyata keçirilmir.

Fevralın 16-da havaya qalxmağa hazırlaşan Yaponiyanın All Nippon şirkətinə məxsus Boeing-787 Dreamliner təyyarəsi nasazlıq üzündən yenidən terminala qaytarıldıqdan sonra bir çox ölkələr hazırda bu təyyarələrdən istifadə etməmək qərarına gəlib.

Bundan əvvəl Yaponiya hava yolları şirkətinə məxsus təyyarələrdə yanacaq sızması və akkumulyator sistemində problemlərin olduğu bildirilmişdi.

Bu problemləri şərh edən Arif Həsənov yanacaq sızması nasazlığının daha təhlükəli olduğunu deyib.

Nasazlıqlar

"Azərbaycan təyyarələri alanadək problemlərin həll olunacağına əminəm. Belə ki, bu işin hələlik bizə dəxli yoxdur"

Arif Həsənov, sabiq pilot

“Yanacağın sızması şəraitində kiçik bir qığılcım belə yanğına səbəb ola bilər."

Ekspertin sözlərinə görə, yanacaqla akkumulyatorun eyni zamanda sıradan çıxması ortaya ciddi poblem qoymuş olar.

“Mühərriklərin sıradan çıxdığı təqdirdə akkumulyator işə salınaraq təyyarəni müvəqqəti enerji ilə təmin edib enişi həyata keçirməyə imkan verir".

Arif Həsənovun qənaətincə, Dreamliner təyyarələrində bu nasazlıqlar mütləq aradan qaldırılacaq və təyyarə öz potensialına görə alıcılar və o cümlədən Azərbaycan üçün də cazibədar qalacaq.

ABŞ və Şərqə uçuşlar

“Daha tutumlu və az yanacaq işlədən Boeing-787 Amerika kimi üzaq məsafəli reyslər baxımından əlverişli təyyarədir. Dreamlinerlə həmçinin Malayziya və bu istiqamətdəki ölkələrə uçuşlar təşkil etmək olar”.

Bu həftə ərzində Boeing-787 təyyarəsilə bağlı məsələ "Arzu" laynerinin ilk problemi deyil. Dekabr ayında təyyarədə mexaniki və elektrik nasazlıqlarının olduğu xəbər verilib.

Aviasiya istehsalçıları liderlərlərindən olan Boeing şirkəti 207 milyon dollar dəyərində Dreamlinerin alıcılara çatdırlmasını bir neçə dəfə təxirə salıb.

İnsidentlərə rəğmən Boeing şirkəti təyyarə barədə “əminliklə” danışıb.

290 sərnişinlik Dreamliner 2006-cı ildə yığılmağa başlayıb və 5 il keçmiş ilk təyyarə istehsal anqarını tərk edib.

Boeing-787 eyni sinifdən olan təyyarələrdən 20 faiz az yanacaq işlədir.

İnisdentlər fonunda heç bir şirkət Dreamlinerdən imtina etməyəcəyini bildirib. Bu arada Dreamlinerlərin uçuşlarına Yaponiya ardınca Avropa ilə ABŞ-da qoyulan qadağa qüvvədə qalır.

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.