BBC navigation

"Binə"dəki aksiyanın iştirakçılarına iki aylıq həbs kəsilib

Son yeniləmə: 21 yanvar, 2013 - 13:14 GMT

Binə aksiyasında iştirak edildiyi deyilən bu şəxslərin məhkəməsi qapalı keçirilib.

Binə Ticarət Mərkəzində keçirilmiş Klikləyin etiraz aksiyasının iştirakçılarına iki aylıq həbs-qəti imkan tədbiri seçilib.

Onlar xuliqanlıq və hökümət nümayəndəsinə müqavimət maddələri ilə ittiham olunur.

Vəkillər isə BBC Azərbaycancaya qərarların “araşdırılma aparılmadan” verildiyini deyib.

Bazar ertəsi gününün sonuna qədər haqqında qərar çıxması gözlənilən Elnur Vəliyevin vəkili Nemət Kərimli deyir ki, şəxsin haqqında həbs qəti-imkan tədbiri seçilməsi üçün şəxs hansısa cinayət etməlidir.

“Bunun cinayət etməsi barədə isə heç bir sübut yoxdur”, Kərimli bildirir.

Vəkil ona verilən sənədlərin raport xarakterli olduğunu deyir və müttəhimlərə qarşı qaldırılan vəsatət sənədinin Baş Prokurorluq və DİN-in 19 yanvar press-relizinin əsasında hazırlandığını bildirir.

“Cəmi 4 günün işçisi olub.. Necə ola bilər ki, 4 günə bir qruplaşmaya daxil olub aksiya elədi?”

İştirakçı kimi ittiham edilən 36 yaşlı Səmid Hüseynovun vəkili Kamran Vəliyev də Kərimlinin fikirlərini bölüşür və müdafiə etdiyi şəxsin hadisəyə “aid olmadığını” deyir.

“Hüseynov hadisə baş verən günü satıcı kimi çalışdığı dükana gəlib, işi ilə məşğul olub. Iki polis əməkdaşı onun qoluna girib maşına mindirib aparıb”.

Vəkilin sözlərinə görə, Hüseynov polis maşınında “nə baş verdiyini” öyrənib.

Satıçının anası Zərifə Hüseynova deyir ki, oğlu “haqsız tutulub”.

“Xahiş edirəm ki, mənim oğlumun haqqını düzgün qiymətləndirsinlər”.

Bazar ertəsi iştirakçı kimi ittiham olunan on nəfər Səbayel Məhkəməsində mühakimə olunub.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.