BBC navigation

Azərbaycana aid sənədlərdə ölkədə "avtoritar hakimiyyətin mövcud olması" yazmağı təklif olunur

Son yeniləmə: 23 yanvar, 2013 - 14:53 GMT

Strasburqda Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycanın öhdəliklərinə dair hesabatlar müzakirə olunur.

Müzakirələr zamanı isə öncədən hazırlanmış müxtəlif sənədlərə azərbaycanlı və avropalı deputatlar dəyişiklər təklif edib.

AŞPA-nın saytındakı məlumatlara görə, Azərbaycanın öhdəlikləri və vəzifələrinə aid sənədin üçüncü paraqrafında yeddi erməni deputat “Ermənistanla Dağlıq Qarabağ ətrafında gedən münaqişə” ifadəsinin “Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasını istəyib.

İsveç, İsveçrə və Lüksemburqdan olan deputatlarsa eyni sənədin 18.2.7 paraqrafına “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq” ifadəsinin artırılmasını təklif edib.

19-cu paraqrafa isə, “Azərbaycan hələ də Avropa İnsan Haqları Konvensiyası ilə uzlaşmayan avtoritar hakimiyyət altındadır” cümləsinin artırılması məqsədəuyğun sayıb.

Cristoph Strasserin Azərbaycanda “siyasi məhbuslar” məruzəsinə isə “Azərbaycan hökümətinin məruzəçini ölkəyə fakt toplamaq üçün girməsinə qadağa qoyması təəssüfləndiricidir, onun səfəri Hüquqi İşlər və İnsan Haqları Komitəsi tərəfindən icbari kimi qiymətləndirilmişdi” cümləsinin əlavə edilməsini uyğun hesab edib.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.