BBC navigation

Deputatlar insan haqlarını qorumağı "unutdu"

Son yeniləmə: 23 yanvar, 2013 - 20:58 GMT

"Bu gün parlamentarilər öz əsas məqsədləri olan insan haqlarını qorumağı unutdular, onun yerinə avtoritarlığın tərəfində oldular", bu sözləri İnsan haqları Evi Fondunun nümayəndəsi Maria Dahle AŞPA iclasından dərhal sonra keçirilən mətbuat konfransında deyib.

İnsan haqları Klubunun rəhbəri Rəsul Cəfərov hesabatın qəbul olunub-olunmama prosesini "şəffaf" saymayıb.

"Təəssüfləndirici haldır ki, Avropa Şurası ikinci hesabatı qəbul etmədi", Cəfərov deyib.

Amma o, Avropa Şurasının Azərbaycanı öhdəliklərini yerinə yetirməyə vadar edəcəyinə ümidlidir.

"Bəlkə kürüdür, bəlkə puldur, amma nəsə buna təsir edib".

O, həmçinin Agramunt və Grechin hesabatının qəbul edilməsinin ölkədə sərbəst toplaşma azadlığı sahəsindəki problemlərə müsbət təsir göstərəcəyinə ümidli olduğunu deyib.

Cəfərov bu hesabatın qəbul edilməsindən "məmnundur". O, BBC Azərbaycancaya deyib ki, bu məruzənin əvvəli yumşaq yazılsa da, sona getdikcə sərtləşir, bəzi çətin məsələlər oraya əlavə olunub.

Mətbuat konfransında çıxış edən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov isə bundan sonra diqqəti 2015-ci ilə yönəltməyi məsləhət görüb.

"Diqqəti, bu problemləri 2015-ci ilin Avropa Olimpiya Oyunları zamanı işıqlandırmağa cəmləşdirilməlidir.

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycana dair Klikləyin iclasında iki sənəd, Christoph Strasserin "Azərbaycanda siyasi məhbuslar məsələsinin ardı" və Pedro Agramunt və Joseph Debono Grechin "Azərbaycan tərəfindən öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi" məruzələri müzakirə edilib.

İlk hesabat qəbul edilməsə də, ikincisini deputatlar dəstəkləyib.

Mövzuya aid

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.