BBC navigation

İsmayıllıda qarşıdurma barədə məlumatlar yayılıb

Son yeniləmə: 23 yanvar, 2013 - 20:46 GMT
İsmayıllı

Social mediada və yerli saytlarda İsmayıllı şəhərində bir qrup sakinin yerli motelə hücum etməsi və onun qarşısındakı maşınları və daha sonra moteli yandırması barədə məlumatlar yayılıb.

İlkin versiyalara görə, hücumlar rayon rəhbərliyindəki şəxslərin qohumlarını hədəfə alıb.

Toqquşmaların baş verməsinin səbəbi kimi müxtəlif versiyalar irəli sürülür.

Bəzi məlumatlara görə, əhali xeyli vaxtdır ki, hücum olunan motelin fəaliyyətindən narazılıq edərək onu "əxlaqsızlıq yuvası" sayıblar.

Digər məlumata görə isə, yüksək rütbəli rəsmilərdən birinin yaxın qohumu rayon sakinləri haqqında təhqiramiz sözlər işlədib.

Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, əraziyə yanğından mühafizə texnikası və canlı qüvvəsi cəlb edilsə də, etirazçılar onları otelə yaxın buraxmırlar və yanğının söndürülməsi hələ ki, mümkün deyil.

Mövzular

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.